Ölkə əhalisinin 59 faizi minarələrin əleyhinə çıxdı
Bildiyiniz kimi bu gün İsveçrədə minarələrin ucaldılmasına qadağa qoyulması ilə bağlı referendum keçirilir. İlkin nəticələrə görə, isveçrəlilərin əksəriyyəti, daha dəqiq desək 59 faizi ölkələrində minarələrin inşasının qadağan olunmasını istəyir.
Ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsü parlamentdə əksəriyyət təşkil edən İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, minarələr İsveçrənin islamlaşdırılması strategiyasının bir hissəsidir.
Lakin buna baxmayaraq ölkə hökuməti müsəlmanların tərəfindən çıxış edib və bu addımını qərarın dini və dinlərarası ədavətə gətirib çıxara biləcəyi ilə izah edib.
Qeyd edək ki, hazırda İsveçrədə 400 min müsəlman yaşayır, İslam isə xristianlıqdan sonra ikinci dindir bununla yanaşı ölkədə ümumilikdə cəmi dörd minarə ucaldılıb.
/ANSPress/
/AzeriMuslims/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014