İsveçin paytaxtı Stokholmda islam əleyhinə nümayiş keçirilib.
Aksiyanı Avropa və ABŞ-ın antiislam yönümlü ultra sağçıları təşkil edib. Aksiya iştirakçıları "cihadla mübarizə aparacaq" beynəlxalq hərəkat yaratmaq istədiklərini bəyan ediblər. Aksiyada ötən il Norveçdə 77 nəfəri öldürmüş Anders Breyvikin pərəstiş etdiyi "İngilis Müdafiə Liqası" da fəal iştirak edib.
Qeyd edək ki, Avropanın ultra sağçılarının son 15 ildə islam əleyhinə nümayişi cəhdləri baş tutmamışdı. Bir yerə toplaşmağa, nəhayət ki, müvəffəq olan ultra sağçılar İsveç hökumətinin immiqrasiyaya dair siyasətini dəyişməli olduğunu bəyan ediblər. Yüksək təhlükəsizlik tədbirləri çərçivəsində keçən aksiya zamanı polis bir neçə nəfəri saxlayıb. /ANS