Hadisə ölkə ictimaiyyətində səs-küyə səbəb olub
"Rasthaber"in məlumatına görə İsveçin Lund şəhərində hicablı qız 2 nəfər gənc tərəfindən döyülüb. Məlumata görə hadisə belə baş verib: Müsəlman qız məktəbə gedərkən iki cavan oğlan ona yaxınlaşıb söz atmağa, paltarın çəkməyə başlayıblar. Sonra paltarını qaldırıb açarla bədənini cızıblar. Sonra xuliqanlar balaca qızın şalvarını çıxartmağa çalışıb, hicabını açıblar. Özünü qorumağa çalışan qızcığazın ayağa ilişib yerə yıxılıb, xuliqanlar ona təpikləməyə başlayıblar. O qədər döyüblər ki, bədənindən qan çıxıb.
Şəhər polisi hadisənin dini dözümsüzlük səbəbindən baş verdiyinin müəyyənləşdiyini deyib. Məktəb rəhbərliyi isə artıq neçənci dəfədir ki, bu qızın hicabına görə təzyiqlərə məruz qaldığını deyib.