İsrailə Skandinaviyada da nifrət edirlər

İsrailin yeritdiyi işğalçı siyasət zaman ötdükcə dünyanın daha çox ölkəsində sionist quruma qarşı nifrəti artırır

 İsrailin yeritdiyi işğalçı siyasət zaman ötdükcə dünyanın daha çox ölkəsində sionist quruma qarşı nifrəti artırır.

İslam-Azeri.az İnternet qəzetinin İsrail KİV-inə istinadən verdiyi xəbərə əsasən, bu dəfə Norveç hökuməti qondarma quruma yerini göstərib.

Belə ki, Almaniya tərsanələrində İsrail üçün hazırlanan sualtı qayıqlar əvvəlcədən nəzərdə tutulduğu kimi Skandinaviya ölkəsinin ərazi sularında və Norveç infrastrukturlarının istifadəsiylə sınaqdan keçirilə bilməyəcəklər.

Qeyd edək ki, sionist qurumla Norveç hökuməti arasında imzalanan sazişə görə, "Dolphin" sualtı qayıqları Mavrikidə sınanmalıydılar. Bu sınaqlar qayıqlarda mövcud ola biləcək nasazlıqları üzə çıxarmalıydı. Lakin Norveç bu sazişi pozmaq qərarına gəlib.

Norveçin xarici işlər naziri Yohannas Store bu qərarı belə şərh edib: "Norveç müharibə vəziyyətində olan, yaxud müharibəyə başlaya biləcək ölkələrə materiallar və ya xidmətləri ixrac etmir".

Norveçin qərarı İsrailə əsl şok yaradıb. Elə bu səbəbdən də sionist rejimin rəsmiləri hələ də skandinavların bu qərarına şərh verməyiblər.

В этом разделе