Rəsmi Təl-Əviv imtinasını yəhudilərin bayramına hazırlıqla əsaslandırıb.
İsrail hakimiyyəti Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və bir sıra digər Avropa Birliyi ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərini ölkə buraxmayıb. Yerli KİV-in məlumatına görə, nazirlər Yaxın Şərqdə Qəzza bölgəsinə yardım formalarını müzakirə etməyi planlaşdırırdılar. Bu məsələ mayın 31-də Qəzzayayardım aparan humanitar donanmaya hücumdan sonra daha da aktuallaşıb.
İsrail tərəfinin imtinasının rəsmi səbəbi maraqlı olub. Təl-Əviv nazirlərin cümə gününə planlaşdırılan səfərinin tarixi ilə razılaşmayıb. Belə ki, cümə günü vacib yəhudi bayramlarından birinin-“Yom Kippur”un (“Bağışlanma günü”) ərəfəsi hesab olunur. İsrailin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi etirazı belə izah edib: “Bütün ölkə iflic vəziyyətində olacaq, hava limanı işləməyəcək. Biz onlara dedik ki, cümə günü səhər görüşlərin keçirilməsi mümkün olmayacaq və onları heç kim müşayiət edə bilməyəcək. Biz nativ tarizlər təklif etdik. Lakin təkliflərimizin hamısı rədd edildi”. (ANS)