İslamda vəhabilik və sələfilik deyilən bir şey yoxdur

Misir Müftisi Dr. Əli Cümə özünü vəhabi və sələfi olaraq adlandıranlara qarşı mövqeyini bildirərək bunları söylədi: "İslamda vəhabilik və sələfilik adında bir məzhəb yoxdur, bunların batinində ifratdan başqa bir şey yoxdur."

313news.net saytının ABNA-ya istinadlı xəbərinə görə, Misir Müftisi İslam dinində vəhabilik və sələfilik deyilən bir məzhəbin olmadığına toxunaraq bunları söylədi: "İslamda bu cür adlarda bir məzhəb yoxdur. Əksinə bu məzhəblər son zamanlarda ortaya çıxmışdır."

Dr. Əli Cümə belə davam etdi: "Özünü vəhhabi olaraq adlandıranlar özlərini Məhəmməd ibn Əbdülvəhhaba nisbət verirlər. Sələfilər də fərqli bir məzhəb deyil. Əksinə özlərini İslamın ilk üç əsrindəki sələfi salehə nisbət verirlər. Bunlar özlərini sələfi olaraq adlandırılar. Beləliklə başqalarının onları qınamaması və əziyyət etməməsi təmin edilməkdədir. Amma həqiqətdə sələfilər başqalarının oyun və oyuncağıdırlar ki, onların batinində ifrat, terrorizm, qan tökmək və qarşı tərəfə dözümsüzlük yatır.

Dr. Əli Cümə, bu açıqlamaları vəhabilik və sələfiliyin bir-birlərinə olan fərqi və bu iki azğın təriqətin Əhli Beyt (ə.s) məktəbinə olan əlaqəsi haqqındakı suala verdiyi cavabda söylədi. Bu sual 2 gün əvvəl "Misrul Cədidə" kitabxanasındakı çıxışı əsnasında ondan soruşulmuşdu.

В этом разделе