“İslam Konfransı Təşkilatı 1,5 milyard müsəlmanın səsidir”

İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ə.İhsanoğlu qurumun BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olduğunu bildirib.  İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ə.İhsanoğlu qurumun BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olduğunu bildirib.

ABŞ-ın Nyu-York şəhərində İKT-nin yaradılmasının 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Ə.İhsanoğlu İKT-nin 40 ildə xeyli məsafə qət etdiyini və 1,5 milyard müsəlmanın səsinə çevrildiyini deyib. Tədbirdə Türkiyənin baş naziri R.T.Ərdoğan, BMT-nin Baş katibi Ban Ki Mun, Şimali Kipr Türk Respublikasının prezidenti Mehmed Əli Tələt də iştirak edib.

“İKT 1969-cu ildə yaradılıb. Bu təşkilatın yaradılması müasir İslam tarixinin ən mühüm hadisələrindən biridir. I Dünya müharibəsindən sonra İslam dünyasının parçalanmasından dolayı müsəlman ölklərinin liderləri və ziyalıları daim müasəlmanları birləşdirəcək, təşkilatın qurulmasını istəmişlər. İKT yaradıldığı vaxtdan indiyə qədər xeyli məsafə qət edib. Bu təşkilat BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı və 1,5 milyon müsəlmanın səsidir. Qurum öz nüfuzunu istər BMT-də, istərsə də digər səviyyələrdə hiss etdirir” – deyə İKT-nin Baş katibi tədbirdəki çıxışında bildirib.

/timeturk/

/AzeriMuslims/ 

В этом разделе