Elə bu səbəbə görə əksər banklar İslam qaydası ilə işləməyə başlayıblar
3 həftə əvvəl fəaliyyətə başlamış Malaziyanın İslam Bankı ilin sonuna qədər 500,000 müştəriyə Visa bank kartı verməyi planlaşdırır. Bu barədə "Deyerler" “TheStar” qəzetinə istinadən xəbər verir.
Bank rəsmilərinin dediyinə görə bu çox realdır. Belə ki, bank açıldığı gündən 27.000 - 28.000 müştəriyə artıq kart verib. Hesablamalara görə bu temp hətta aşağı da düşsə bank ilin sonuna qədər 500,000 müştəriyə Visa bank kartı verə biləcək. Buna səbəb isə İslam banklarına təlabatın artmasıdır. Elə bu səbəbə görə əksər banklar İslam qaydası ilə işləməyə başlayıblar. Bəziləri isə bank daxilində İslam şöbələri açıblar.