 
İranın Danimarkadakı səfirliyi hücuma məruz qalıb
APA-nın İSNA-ya istinadən məlumatına görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Baxşeyş bildirib  ki, 50 nəfərdən ibarət olan bir qrup şəxs İranın Danimarkadakı  səfirliyinin binasına  girərək diplomatik korpusun binasının şüşələrini  qırıblar və divarlara Tehran rejimi əleyhinə şüarlar yazıblar: 
“Bu,  İranın Almaniyadakı səfirliyinə təşkil edilən hücumun bir növ  davamıdır. Hücum zamanı səfirlik binasında heç bir polis olmayıb.  Səfirliyin işçiləri diplomatik korpusa ehtimal olunan hücumla bağlı  xəbərdarlıq etmişdilər”.