“İrana hücum etmək həlli mümkün olan məsələdir”
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ Baş Qərargahlar Birləşmiş Komitəsinin rəisi, general Martin Dempsi çıxış edib.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri zərurət yaranacağı təqdirdə İranın nüvə və hərbi obyektlərinə zərbə vurmağa qadirdir: “Lakin bu addım ölkəmizi bütün region və dünya üçün faciəyə çevriləcək uzunmüddətli münaqişəyə sürükləyə bilər. Barak Obama administrasiyası İranın nüvə proqramı ilə bağlı geniş spektrli həll yolları üzərində düşünür. İsrailin İrana hücumuna gəldikdə, əmin deyiləm ki, İsrail tərəfi hücumla bağlı ABŞ-ı xəbərdar etsin. Bununla belə Vaşinqton İsrailin Tehranın nüvə proqramına görə keçirdiyi narahatlığı anlayır”.
ABŞ-ın müdafiə naziri Leon Panetta isə bəyan edib ki, ABŞ İrana zərbə endirmək variantını istisna edə bilməz, çünki nə ABŞ, nə də İsrail Tehrana nüvə silahına malik olmağa imkan verməyəcəklər: “Bu təhlükənin qarısını almaq üçün hərbi əməliyyatlar ehtimalını istisna etmirəm. Əgər biz onların nüvə silahı hazırlamağa başladığı barədə məlumat alsaq, bunun qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcəyik. Buna çox az vaxt qalıb, çünki İran ən uzağı 2012-ci ilin sonuna kimi nüvə silahı yaratmaq imkanı əldə edə biləcək”.