İran İsraili nüvə silahı ilə vurmayacaq- Bill Klinton

“İran nüvə silahı əldə etsə belə, ondan İsrail əleyhinə istifadə etməyəcəyinə əminəm”

APA-nın məlumatına görə, bunu ABŞ-ın sabiq prezidenti Bill Klinton “Fox News” kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İranın nüvə silahından istifadə etməsi ağılsızlıq olardı. Çünki bu, İran əhalisinin məhvinə səbəb ola bilər. Lakin Bill Klinton hesab edir ki, ABŞ İranın nüvə proqramı ilə bağlı yaranmış problemin həllinə hərbi cəhətdən hazır olmalıdır.

В этом разделе