İran diplomatı zalı tərk edib

İranlı diplomat Artur Lenkin çıxışına etiraz olaraq zalı tərk edib
FaktXəbərin APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Barak Obamanın İran siyasəti” mövzusunda tədbir keçirilir. Qeyd edək ki, tədbirdə politoloqlar, diplomatlar iştirak edirlər. Tədbirin məruzəçisi ABŞ-dan olan ekspert Cerald Qrindir. İsrailin Azərbaycandakı səfiri Artur Link tədbirdə İranın nüvə proqramı barədə çıxış edib. Səfir çıxışında İranın nüvə proqramını ləğv etməli olduğunu vurğulayıb. A. Lenk deyib ki, İranın bu proqramı həm İsrail, həm də başqa ölkələr üçün problemlər yaradır: “İran xüsusi bir regionda yerləşir, bu həm də region üçün təhlükədir”. A. Lenk bu fikirləri səsləndirən zaman isə tədbirdə iştirak edən İranın Azərbaycandakı səfirinin birinci müavini Əli Ağacani etiraz əlaməti olaraq zalı tərk edib.
 


В этом разделе