İran Bəhreyndəki iğtişaşlardan istifadə etməyə çalışıb-Obama

“Bəhreyn hakimiyyətinin müxalifətlə dialoqdan başqa yolu yoxdur”

Bəhreyn hakimiyyəti müxalifətlə dialoqun başlanması üçün şərait yaratmalıdır. Bunu ABŞ prezidenti Barak Obama bəyan edib. “Bəhreyn bizim köhnə müttəfiqimizdir və bu ölkədəki təhlükəsizliyə tərəfdarıq. Etiraf edirik ki, İran oradakı iğtişaşlardan öz maraqları üçün istifadə etğməyə çalışıb. Bəhreyn hökuməti qanunun aliliyinin bərpasında maraqlıdır. Lakin biz kütləvi həbslərin və zor tətbiqinin ölkə vətəndaşlarının əsas hüquqlarını pozduğunda israr edirik”, - Barak Obama ABŞ-ın Yaxın Şərq və Şimali Afrikadakı yeni siyksəti ilə bağlı çıxışında deyib-ANS PRESS "RİA novosti"yə istinadən xəbər verir.

Barak Obamanın fikrincə, Bəhreyndəki böhrandan yegcanə çıxış yolu hakimiyyətin müxalifətlə dialoqudur: “Amma müxalifətin bir hissəsi həbsxanada ola-ola konstruktiv dialoq mümkün deyil. Hökumət dialoq üçün mütləq şərait yaratmalı, müxalifət isə bu prosesdə iştirak etməlidir”.

Xatırladaq ki, Bəhreyndə xalq etirazları bu il fevralın ortalarından başlayıb. Etiraz aksiyalarında iştirak edənlər sosial-siyasi hüquqlarının genişləndirilməsini tələb edirlər. Qərb agentliklərinin məlumatına görə, hakimiyyət əleyhinə aksiyalar zamanı 29 nəfər həlak olub.

Bəhreyndə martın 15-də üç aylıq fövqəladə vəziyyət elan edilib. Martın ortalarında aralarında Səudiyyə Ərəbistanının 1000 hərbçisinin də olduğu hərbi kontingent yeridilib. Nümayişçilər dağıdılıb, ödlkədə iğtişaş iştirakçılarının kütləvi həbsi başlayıb.

В этом разделе