İran ABŞ-ı məğlub etdi

ABŞ Administrasiyası İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqindən imtina edib

«APA-ECONOMICS»in məlumatına görə, buna səbəb kimi belə sanksiyalar nəticəsində neft təchizatında problemlərin yaranması və dünya neft bazarında qiymətlərin artması ehtimallarının olduğu göstərilir.

Qeyd edək ki, sanksiyaların tətbiqi əvəzində ABŞ-ın tərəfdaş ölkələrdən İranla münasibətləri dondurmağı tələb edəcəyi gözlənilir.

ABŞ-ın sanksiyalarla bağlı qərarı regionda gərginliyin artması fonunda baş verib. Yaxın günlərdə MAQATE İranla bağlı növbəti hesabatını açıqlayacaq və orada İranın nüvə silahının yaradılmasına yaxınlaşması qeyd olunacaq.

В этом разделе