İordaniyada “ikinci 11 sentyabr”ın qarşısı alındı

Əmmandakı ticarət mərkəzləri və diplomatik nümayəndəliklərdə partlayışlar törətmək istəyiblər.

İordaniyanın xüsusi xidmət orqanları ölkənin paytaxtı Əmmanda planlaşdırılan ardıcıl terror aktlarının qarşısı alınıb. RBK-nın  verdiyi məlumata görə, “əl-Qaidə” ilə yaxınlığı olan şəxslər Əmmandakı ticarət mərkəzləri və diplomatik nümayəndəliklərdə partlayışlar törətmək niyyətində olublar.

Təşkilatçıların “ikinci 11 sentyabr” adlandırdıqları hücum iki mərhələli olmalıymış. Əvvəlcə intiharçılar özlərini iri mağazalarda partlatmaqla polisin diqqətini cəlb etməyə çalışmalı idilər. Bunun ardunca isə Əmmanın qərbində əsas terror aktı törədiləliydi.

İordaniya hökumətinin məlumatına görə, cinayətkar qrupun 11 üzvü olub. Onların hamısı həbs ediliblər və araşdırma aparılır.

Terror aktı “əl-Qaidə”nin böyük terrorlardan birinin ildönümünə planlaşdırılıb. 2005-ci il noyabrın 9-da Əmmanda törədilmiş terror aktı nəticəsində 67 nəfər ölmüş, 115 adam yaralanmışdı.

Məlumata görə, terrorçular silahları Suriyadan almalıymışlar. Lakin onların Suriya prezidenti Bəşər Əsədlə əlaqəsi barədə heç bir məlumat verilmir.

islamazeri.az

В этом разделе