İngiltərədən İsrailə silah embarqosu

Rəsmi İngiltərə hökuməti İsrailə qarşı silah embarqosu tətbiqinə qərar verib
İngiltərə İsrailə Saar döyüş gəmilərinin parçalarını satmamağa qərar verdi. 

FaktXəbərin İsrailin "Haaretz" qəzetinə istinadən verdiyi məlumata görə, İngiltərə İsrailə Saar döyüş gəmiləri üçün lazımlı parçaları və təchizatı təmin etməyəcəyini çatdırıb.

Qərarın səbəbi, bu gəmilərin ötən ilin dekabrda başlayıb yanvarda sona çatan 22 günlük əməliyyatda, fələstinlilərə qarşı istifadə edilməsidir. Beləcə, İngiltərə ilə İsrail arasındakı təhlükəsizlik razılaşmaları pozulmuş olub.

İngiltərə, embarqo qərarını, parlamentlə insan haqqları təşkilatlarından gələn sıx basqından sonra qəbul edilib

İngiltərənin bu embarqo qərarının İsrail donanmasına çox təsir etməsi gözlənilmir. Ancaq siyasi baxımdan əhəmiyyətlidir, çünki digər ölkələrin də bəzi addım atmalarına yol aça bilər.

"Haaretz" qəzeti İngiltərədən sonra Belçikanın da buna bənzər bir qərar verə biləcəyini yazıb.


В этом разделе