İngiltərədə Şəri hökmlərə böyük maraq

İngiltərədə edilən bir araşdırmaya görə ölkədə Şəri hökm verən mövqelərə maraq gedərək artır. 
Ingiltərədə edilən bir araşdırmaya görə, ölkədə fəaliyyət göstərən İslami hökmlər verən mövqelər hər keçən gün artır. 

Dövlət məhkəmələri yerinə İslami hökmləri seçənlərin sayının gedərək artması, bu mövzuda hökm verən yerlərin artmasını təmin edir. 

Daily Mail qəzeti, "Ölkədə ən az 85 Şəri hökm verən təşkilatın olduğunu və bu cür məhkəmələrin hər keçən gün daha da yayıldığını" yazdı. 

İngiltərədə fəaliyyət göstərən düşüncə quruluşu Civitas, Şəri məhkəmələrlə əlaqədar araşdırma etdi. 

Araşdırmaya görə bilinən Şəri hökm verən məhkəmələrin yanında ölkədə fəaliyyət göstərən başqa məhkəmələr də var. 

Araşdırmaçı və alim Denis McEoin, qısa müddət əvvələ qədər ölkədə yalnız 5 məhkəmənin olduğuna inanıldığını, ancaq gerçək rəqəmin bunun tam 17 misli qədər olduğunu ifadə etdi. 

Ölkədəki məscidlərdə fəaliyyət göstərən məhkəmələr, dövlət məhkəmələrinin qeyri-kafi qaldığını düşünən Müsəlman və İngilislər arasındakı mali anlaşılmazlıq və ailə problemlərini İslami qaydalara görə həll edir. 

Ancaq bilindiyi kimi burada alınan qərarlar Milli Məhkəmələrdən də təsdiq alın tərəfindən qüvvəyə girir. 

Keçən il bir şərh edən Anqlikan Kilsəsi lideri Canterbury Baş yepiskopu Dr. Rowan Williams və Lordlar Kamerası Hüquq Ttəşkilatı başçılığından keçən il ayrılan Lord Phillips də bu məhkəmələrin Müsəlmanların arasındakı mali və ailəvi anlaşılmazlıqları həll etməsi fikirinə açıqca dəstək vermişlər idi.
www.313news.net

В этом разделе