İngiltərədə müsəlmanlara qarşı təzyiqlər son həddə çatıb

İngiltərə hökumətinin gəncləri radikalizm tələsinə düşməkdən qorumaq bəhanəsi ilə müsəlmanların şəxsi həyatlarına dair məlumat topladığı məlum olub İngiltərə hökumətinin gəncləri radikalizm tələsinə düşməkdən qorumaq bəhanəsi ilə müsəlmanların şəxsi həyatlarına dair məlumat topladığı məlum olub. Xəbərdə rəsmi dairələrin ölkədə yaşayan müsəlmanların siyasi və dini görüşlərini öyrənməyə, habelə onların sağlamlığı və intim həyatları ilə bağlı informasiya toplamağa çalışdığı qeyd edilib. Həmçinin, xəbərdə müsəlmanların şəxsi həyatına dair məlumatların onların 100 yaşına qədər saxlanılacağı da öz əksini tapıb.

Fakta kəskin etirazını bildirən “Azadlıq” İctimai Birliyinin sədri Şami Çakrabarti bunun İngiltərə tarixində ən böyük casusluq hadisəsi olduğunu bildirib. Birlik sədri bununla müsəlmanların davranışlarına deyil, dini inanclarına yönəldiyini qeyd edib.

Hökumət isə 140 milyon funt sterlinqə başa gələn planın müsəlmanlara qarşı yönəlməsi ilə bağlı iddiaları təkzib edib. Krallığın Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında terrorçuluğun qarşısının alınması üçün atılan addımların casusluq kimi qəbul edilməsinin düzgün olmadığı, eləcə də terrorçuluğa qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün fərdlərinin birlikdə hərəkət etməli olduğu qeyd olunub.

/timeturk/ 

/AzeriMuslims/




В этом разделе