İngiltərənin Lankaşir bölgəsində yerləşən katolik dini məktəblərindən biri ilk dəfə olaraq İslam məktəbləri sıralarına daxil olub.
İngiltərənin Lankaşir bölgəsində yerləşən katolik dini məktəblərindən biri ilk dəfə olaraq İslam məktəbləri sıralarına daxil olub.
İndependent qəzetinin verdiyi xəbərə görə, 10 il öncəyə qədər Lankaşir vilayətinin Blekbern şəhərində yerləşən “Müqəddəs ürək” dini məktəbi xristianlıq dirçəlişinin nümunəsi sayılıb, şagirdlərin 91 faizi katolik məzhəbli xiristian olub. Hazırda isə dini məktəbdə xiristian şagirdlərin sayı 3 faizdən aşağıdır.
Bunu nəzərə alan dini məktəb rəhbərləri yerli məscidin imamıyla əlaqə yaradıb məktəbin onlara təhvil verilməsini qərara alıblar.
Xatırladaq ki, İngiltərədə müsəlman cəmiyyətinin artması ölkə siyasiləri və rəsmilərinin narazılığına səbəb olub.