İngiltərə İsrailin cinayətlərinə şərikdir

İslam-Azerinin FHA-ya istinadlı xəbərinə görə, İngiltərə xarici işlər naziri Milibandın açıqlamalarına reaksiya verən İranın BMT daimi nümayəndəliyi, London rəhbərliyinin cinayətkar İsrailin cinayət ortağı olduğunu açıqlayıb.

İngiltərə xarici işlər naziri Milibandın BMT təhlükəsizlik şurasının Orta şərq iclasındakı çıxışına reaksiya verən İranın BMT daimi nümayəndəliyi şuranın başçısı və üzvlərinə göndərdiyi məktubda İngilis nazirin əsassız iddialarını qəti bir ifadə ilə rədd edərək London rəhbərliyinin sionist rejim İsrailin cinayət ortağı olduğunu və başqa ölkələrin siyasi düşüncələri haqqında görüş bəyan etmək üçün səlahiyyətlərinin olmadığını vurğulayıb.

BMT sənədi olaraq qeydə alınan məktubda, İngiltərə rəhbərliyinin sionist rejim İsrailin Fələstinlilərə qarşı törətdiyi cinayətlərini dəstəklədiyini və bu səbəbdən başqa ölkələr adına siyasi rəy verməyə səlahiyyətlərinin olmadığını vurğulanıb.

İngiltərə xarici işlər naziri Miliband, İran İslam respublikasını Fələstinin daxili işlərinə qarışmaqla ittiham etmiş, əlavə olaraq İranın nüvə proqramının dayandırmağı üçün Rusiyanın əhəmiyyətli dərəcədə rolu olduğunu önə çəkmişdi.

İslam-Azeri.az


В этом разделе