İngilislərin Səud tayfasini qorumaq üçün hazırladığı 10 maddəli plan

Ərəbistanda Səud tayfa rejiminin süqutu ehtimalı qərbliləri təşvişə salıb.

FaktXeber.com-un ərəb mediasına istinadən verdiyi məlumata görə, köhnə müstəmləkəçi İngiltərə vaxtilə hakimiyyətə gətirdiyi Səud və onun ailəsinin süqutundan ciddi narahatçılıq keçirməyə başlayıb. Artıq bu tayfanın sonunun çatmasını hiss edən ingilislər, süqutun qarşısını almaqdan ötrü hakim zümrəyə 10 bənddən ibarət tapşırıqlar verib.

Verilən tapşırıqlar bundan ibarətdir:

1-    Ərəbistanda kral və vəliəhdə xüsusi imtiyaz verilməklə yanaşı ölkədə məşrutə hökuməti qurulsun.

2-    Kral və vəliəhd Əbdüləzizin nəslindən olsun.

3-    Nazirlər kabinetində hakim ailədən kimsə olmasın. Kabineti müxtəlif qəbilə nümayəndələri təmsil etsin.

4-    Bölgələrdə qəbilələrin özəlliyini nəzərə almaqla, burada təyin olan əmirlər yerli olsunlar.

5-    Təkcə Məkkə və Mədinə şəhərləri müqəddəs məkan kimi nəzərə alınsın. Bütün Ərəbistanı müqəddəsləşdirməkdən çəkinilsin.

6-    Ərəbistanda dini mərcəiyyət yalnız vəhhabilərə tapşırılsın. Amma müqəddəs məkanlara nəzarət onların əlindən çıxarılsın.

7-    Vəhhabilərin ölkə təhlükəsizliyi və ordu qurulucuğunda əsas rola malik olmasının qarşısı alınsın.

8-    “Əmr be Məruf və nəhy əz münkər” təşkilatı ləğv edilsin.

9-    Dini polis yalnız Məkkə və Mədinə şəhərlərinə məxsus olsun.

10- Ərəbistanın rəsmi adı dəyilşin. (Səudiyyə Ərəbistanın adı Səud adlı şəxsin adı ilə bağlıdır) İngilislərin fikrincə bu ad digər tayfaları qıcıqlandırır.

В этом разделе