İngilislər liviyalı üsyançılara yardım göstərəcək

Liviya Milli Keçid Şurasına Londonda nümayəndəlik açmaq təklif olunub

Böyük Britaniya rəsmən Liviya Milli Keçid Şurasına Londonda rəsmi təmsilçiliyini açmaq təklifini verib. Belə bir bəyanatla Londonda səfərdə olan Liviya Milli Keçid Şurasının başçısı Müstafa Abdul Cəlil ilə birgə keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın baş naziri Devid Kameron çıxış edib. Birləşmiş Krallığın Liviya Keçid şurası ilə yaxın münasibətdə olduğunu vurğulayan britaniyalı nazir Benqaziyə dəyəri milyonlarla funt sterlinq olan humanitar yardım ayırmaları barədə qərar qəbul etdiklərini deyib. "Bu humanitar yardıma zirehli jilet, peyk telefon və s. zəruri əşyaların tədarükü daxildir. Biz həmçinin Misratadan olan 4000 insanın evakuasiyasının maliyyələşdirilməsi, tibbi ləvazimatlar və qida tədarükünü də həyata keçirəcəyik. Bundan savayı Britaniya hökuməti Milli keçid şurasını burada, Londondan rəsmi təmsilçiliyini açmağa dəvət edir. Bununla yanaşı biz Birləşmiş Krallığın Benqazidə iştirakını artırırıq. Biz buraya stabilliyin yaradılması üzrə beynəlxalq operativ qrupun əsasını təşkil edəcək mütəxəssislər göndərəcəyik. Onlar Milli Keçid şurasına məsləhətlər verəcək və onlara daha geniş perspektivlərdə dəstək olacaq. Üçüncüsü isə biz Benqazi polisinə dəyəri bir neçə milyon funt sterlinq olan avadanlıq vermək üzrə planı tamamlamaq üzrəyik",- deyə britaniyalı nazir bildirib-ANS PRESS "Accociated press" agentliyinə istinadən xəbər verir.

Bu arada NATO-nun Liviya lideri Müəmmər Qəddafinin Tripolidəki iqamətgahına hava zərbələri endirdiyi zaman iki Liviyalı jurnalistin həlak olduğu haqda məlumat yayılıb. Bu barədə məlumatı Liviya hökumətinin sözcüsü Musa İbrahim verib. Xarici jurnalistlər qarşısında çıxış edən Liviya hökumətinin sözcüsünün sözlərinə görə, peşə borcunu yerinə yetirərkən həlak olan 2 jurnalistdən savayı onları müşayiət edən daha bir liviyalı da NATO hücumunun qurbanı olub.

Liviya üsyançılarının sözcüsü Abdul Hafid Qhoqa isə Misratanı Qəddafi qoşunlarından tam olaraq azad etdiklərini bəyan edib. Benqazidə çıxış edən Qhoqa Misrata hava limanının Qəddafi qoşunlarının nəzarətində olduğunu, lakin Allahın izni ilə hava limanının artıq üsyançı qüvvələrin əlinə keçdiyini bildirib. “Misratanın qərb hissəsi də daxil olmaqla digər yerlərində də Qəddafi qoşunları yoxdur və onlar təxminən şəhərdən 40 kilometr uzaqdadır”,- deyə o bildirib.

В этом разделе