İmam Qəzalinin qəbri tapılıb

Müsəlman mədəniyyətinə “Kimya əs-Səadət” və “Ehya Ülum əd-Din” kimi şahəsərlər təqdim edən alim İmam Qəzalinin qəbri tapılıb.

Vaxtı ilə monqolların işğalı ilə yerlə-yeksan edilən Xorasan əyalətindəki Tus şəhərinin keçmişinə dair sənədləri araşdıran Tarix və Mədəniyyət İrsi İdarəsinin əməkdaşları Qəzalinin məzarının yerləşdiyi ərazidə qazıntı işlərinə başlayıblar.

İdarə əməkdaşlarından biri məşhur alimin qəbrinin yerləşdiyi yerlə bağlı iki ehtimalın olduğunu bildirib.

“İmam Qəzalinin qəbrinin yerləşdiyi yerlə bağlı iki ehtimal var. Bugünə qədər alimin qəbrinin Haruniyyə mədrəsəsinin yaxınlığında olan daş kitabənin yaxınlığında yerləşdiyi güman edilirdi. Çünki həmin daş kitabənin üzərində “İmam Məhəmməd Qəzali” sözləri yazılıb. Ancaq aparılan araşdırmalar nəticəsində Qəzalinin qəbrinin Tabira qəsəbəsində yerləşdiyi məlum oldu. Elə ətraf rayonlardan da bəzən buraya dua etmək üçün gəlirlər”, - deyə idarənin əməkdaşı bildirib.

Türkiyəli müfti, qəzalişünas Mustafa Çağrıcı isə alimin qəbrinin yerləşdiyi ərazinin əvvəlcədən məlum olduğunu, lakin İranın aidiyyatı orqanlarının məsələyə biganə münasibəti ucbatından alimin qəbri indiyədək baxımsız qaldığını deyib.

/haber7/

/AzeriMuslims/

В этом разделе