Serj Sarkisyan rejimi danışıqların deşifrə edilmiş detallarına izah tapa bilmir
Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksinin açılışındakı bəyanatı rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Azərbaycanın dövlət başçısının bəyanatı Ermənistan parlamentinin iclasında da müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması danışıqlarının detalları ilə bağlı maraqlı açıqlama vermişdi. O demişdi ki, sülh danışıqlarında müəyyən irəliləyişlər var: “Artıq danışıqlar mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur. Halbuki əvvəllər bu barədə heç söhbət də getmirdi. Yəni, bu bizə ümid verir. Bu bizim danışıqlarda iştirakımıza elə bil ki, əlavə stimul verir. Biz hesab edirik ki, hələ ümidlər var. Amma bununla bərabər görürük ki, Ermənistan tərəfi vaxtuzatma taktikasını seçib, vaxt uzadır. Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyirlər. Yəni bu nəyi göstərir? Biz indi bilirik bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır. Amma bunu etmək üçün onlarda canlı qüvvə yoxdur”
Ermənistan parlamentində keçirilən hökumət saatında Respublika partiyası deputat fraksiyasının katibi Eduard Şarmazanov xarici işlər naziri Edvard Nalbandyandan izahat tələb edib. Amma erməni nazir Azərbaycan prezidentinin bəyanatına təsirli təkzib tapa bilməyib və sualdan yalnız ümumi ifadələrlə yayınıb. O deyib ki, Azərbaycan tərəfi Madrid prinsipləri ətrafında danışıqlardan dörd ildən artıqdır imtina edirdi. Amma son aylar ərzində Madrid sənədi ətrafında danışıqlar aparılır və müzakirə mövzusu Dağlıq Qarabağın statusudur.
/ANSPress/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014