Bu, İKT sədri ilə ABŞ prezidenti arasında Ağ evdə keçirilən ilk görüş olub
“İslam Konfransı Təşkilatı”nın (İKT) baş katibi Ekmeleddin İhsanoğlu Ağ Evdə ABŞ prezidentinin milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Denis Makdonoyla görüşüb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, yarım saat davam edən görüşə prezident Barak Obama da qatılıb və görüş daha 20 dəqiqə davam edib. Məlumata görə, Obama təşkilat sədrinə İKT-nin fəaliyyətlərini yaxından izlədiyini deyib-"ANS PRESS" xəbər verir.
Görüşdən sonra jurnalistlərin suallarına cavab verən E. İhsanoğlu ilk dəfə ABŞ prezidenti ilə İKT baş katibi arasında Ağ evdə görüş baş tutduğunu deyib. “Bu baxımdan görüşün tarixi əhəmiyyət kəsb etdiyini demək mübaliğə olmaz. Taşilatımızda və İslam dünyasında olan islahatlara ABŞ-ın da dəstək verməsi bizi məmnun etdi”.
Son zamanlar baş verən hadisələr barədə fikir mübadiləsi apardıqlarını deyən İhsanoğlu bəzi məsələlərdə Obama ilə həmfikir olduqlarını bildirib. “Nəticə etibarilə cənab Obamanın da qeyd etdiyi kimi bu görüş İKT ilə ABŞ münasibətlərində yeni bir addım oldu”.