Sentyabrın 17-18-də İranda I Beynəlxalq Ustad Şəhriyar Konfransı keçiriləcək.
313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni açıqlama verib. Onun sözlərinə görə, Məhəmmədhüseyn Şəhriyar müasir dövrün ən üstün şairi sayılır: “Artıq konfransa daxildən 120, ölkə xaricindən isə 40 məqalə göndərilib. Biz Beynəlxalq Ustad Şəhriyar Fondu təsis etmək niyyətindəyik. Fondun əsasnaməsinin İran Ali Mədəni İnqilab Şurasının üzvləri tərəfindən yazılması qərara alınıb. Eyni zamanda Bostanabad şəhərinin Xoşginab kəndində yerləşən Şəhriyarın ata evi İran Mədəni İrs Təşkilatı tərəfindən yenidə bərpa edilib, gələcəkdə daxili və xarici qonaqların üzünə açılması nəzərdə tutulub. Bundan başqa, “Şəhriyar ili” üçün YUNESKO-ya təklif irəli sürülməsi də planlaşdırılır. Həmçinin Ustad Şəhriyar Beynəlxalq Mükafatının təsis edilməsi, şairin əsərlərinin müxtəlif dillərə tərcümə olunması və kitabxanasının yaradılması nəzərdə tutulub”.