Keçmiş diktatorun həbs müddəti uzadılıb
APA-nın “Əl-Əhram” internet portalına istinadən verdiyi məlumata görə, bu gün müstəntiqlər Şarm-əş-Şeyxdə xəstəxanada yatan sabiq prezidenti dindiriblər. Vəkilin və Mübarəkin qudalarından birinin iştirakı ilə baş tutan dindirmədən sonra həbs-qətimkan tədbirinin müddəti daha 15 gün uzadılıb.
Xatırladaq ki, H. Mübarək aprelin 10-da bəyanatla çıxış edərək ona qarşı səsləndirilən bütün ittihamları rədd edib. Bundan sonra o, baş prokuror tərəfindən istintaqa çağırılıb. Aprelin 12-də keçirilən ilk dindirmədən sonra keçmiş prezident ürək tutması ilə xəstəxanaya aparılıb. Ertəsi gün Baş Prokurorluq H. Mübarək və 2 oğlu haqqında 15 günlük həbs-qətimkan tədbiri seçib.