Bağırsaq əməliyyatı keçirən Misir lideri Hüsnü Mübarəkin öldüyü iddiaları ölkəni qarışdırdı. 81 yaşındakı lider, 10 gündür mətbuatda görünmür...
Misir, 29 ildir dövlətin prezidenti olan Hüsnü Mübarəkin öldüyü iddialarıyla çalxalanır. 81 yaşındakı Mübarək 10 gün əvvəl Almaniyadakı Heidelberg Universiteti Xəstəxanasında bıçaq altına yatmış və incə bağırsağındakı şişin alındığı açıqlanmışdı. Ancaq o tarixdən sonra Mübarəkin heç bir görünüşü mətbuata əks olunmadı. Xəstəxana səlahiyyətliləri isə bir həftə arayla etdikləri iki şərhdə yalnız "Əməliyyatın müvəffəqiyyətlə keçdiyini və Mübarəkin vəziyyətinin yaxşıya doğru getdiyini" söylədi. Bunların xaricində əməliyyatın detalları ya da Misir liderinin nə vaxt xəstəxanadan buraxılması ilə bağlı heç bir məlumat verilmədi. Mübarəkin əməliyyatdan əvvəl bütün səlahiyyətlərini Baş nazir Əhməd Nazifə təhvil verdiyi də açıqlandı.
Uyğun zaman gözlənilir
Dövlət idarəsindəki qəzetlərdə isə Mübarəkə aid olduğu qarşıya qoyulan sözlər nəşr olunmasına baxmayaraq heç bir xəbərdə fotoşəkil nəşr olunmaması da şübhəedicidir. Şənbə günü isə Rusiya telekanallarından birində "Mübarəkin ölməsi ilə bağlı bir xəbər nəşr olundu" iddiası internetdə gəzməyə başladı. Ardından İsrail və Ərəb ölkələrinə aid bir çox internet saytında da Mübarəkin "əməliyyat masasından qalxa bilmədiyi və ölümünü açıqlamaq üçün uyğun zamanın gözlənildiyi"nə dair xəbərlər dərc olunur. Dedi-qodular Qahirədə böyük bir gərginliyə səbəb olarkən, Misir birjası da dünən açılmasının ardından bir saat içində yüzdə 3.1 düşdü. Reutersə danışan Misirli bir sərmayəçi də "Mübarək televiziyada görünmədiyi müddətcə eniş davam edəcək" dedi. Ancaq bütün bu iddialara baxmayaraq Mübarək dünən yenə kameraların qarşısına çıxmadı.
Vəziyyəti yaxşıya doğru gedir
Xəstəxanadan isə yenə "Mübarəkin vəziyyəti yaxşıya gedir" xəbəri gələrkən, hökumət səlahiyyətliləri "Xəbərlərin əsli astarı yox" dedi. Mübarək haqqında 2007-ci ildə də sağlamlığının pozulduğu ilə bağlı iddialar ortaya atılmışdı. Mübarək o dövr ekranlara çıxmışdı. İddianı ortaya atan müxalif qəzetlərdən Əl Düsturun Ümumi Nəşr Rejissoru İbrahim Hissə isə həbsə atılmışdı.