Mövlana məscidi Hollandiyanın cənubunda yerləşən “Rotterdam” şəhərinin şimali qərbində tikilmişdir.
2001-ci ilin oktyabırın 6-sında bu məscid öz fəaliyyətinə başlamışdır. Hollandiyalılar statistik nəzər öyrənmələr nəticəsində Mövlana məscidini şəhərin ən görkəmli binalarından biri hesab etmişlər.
Əhli Beyt -ABNA– xəbər agentliyi xəbər verir: Hollandiyanın “Rotterdam” şəhərində yerləşən Mövlana məscidi 13-cü əsirlərin dahi şairi və arifi olan Mövlananın adına ehtiramən qoyulmuşdur.
Mövlana məscidi Hollandiyanın ən iri məscidlərindən biridir. Bu məscidin rəsmi fəaliyyəti 2001-ci ildən bəri başlanmışdır.
Məscidin minarələrinin hündürlüyü 41 metrdir. Məscid üç mərtəbədən ibarət olaraq 1500- namaz qılanın bir anda tutumuna qadirdir.