Hicab geyinərək Moskva küçələrinə çıxan rusiyalı jurnalistin başına nələr gəldi?

Rusiyalı qadın jurnalist Moskva küçələrində başörtüyü ilə gəzərək, müsəlmanlara qarşı artan təzyiqi öz gözü ilə gördüyünü deyib.

“Sobesednik” qəzetinin qadın müxbiri Yelena Hanyan küçədə başıörtüyü ilə gəzərkən bir neçə saat ərzində başına gələnləri belə izah edib: “Təhlükə altında olduğumu bilərək, başörtüyü ilə mərkəzi küçəyə çıxdım. Hamı mənə baxırdı. Hətta, bəziləri məni gördüyü zaman üzünü belə çevirib geri qayıtdılar. Bir çoxları isə sanki məni öldürmək, mənə bədən xəsarətləri yetirmək arzusu ilə alışıb-yanırdı. Düzdür, küçənin ortasında məni daş-qalaq edən olmadı, ancaq mənə qarşı olan nifrəti hiss edirdim. Metroya düşdüm, bilet almaq istədim. Ancaq kassa aparatında oturan xanımlardan biri pulumu geri qaytararaq, mənə bilet vermədi. Digər bir qadın isə mənə bileti verdikdən sonra qaçaraq harasa getdi. Metronun içərisində insanlar məndən uzaqlaşmağa başladılar. Metrodan çıxdığım zaman bir polisin itlə mənim arxamca gəldiyini hiss etdim. Polis məndən şəxsiyyət vəsiqəmi soruşduqda, artıq kim olduğumu bildirmək məcburiyyətində qaldım”.
/AzeriMuslims/

В этом разделе