HƏCC ZİYARƏTİNİN TƏXİRƏ SALINMA EHTİMALI CİDDİLƏŞİR

Səbəb Səudiyyə Ərəbistanında donuz qripinə tutulanların sayının artmasıdır
Səudiyyə Ərəbistanında A/H1N1 virusuna tutulanların sayı artdığından, Həcc ziyarəti təxirə salına bilər. Küveytin «Əl Kabas» qəzeti yazır ki, Krallığın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, infeksiyanın yayılma təhlükəsi ilin sonunda başlamalı olan Həcc ziyarəti zamanı zəvvarların müqəddəs yerlərə səfərini təxirə salmaq məcburiyyəti ilə üz-üzə qoya bilər.
«Ər Riyad» qəzetinin yazdığına görə isə, ötən gün ölkədə 6 nəfərin virusa tutulma faktı aşkar edilib. Bu fakt ölkənin səhiyyə naziri Abdall ər Rabianın vəziyyəti «təhlükəli» adlandırmasını bir daha sübut edir. Tunisin dini işlər üzrə naziri Abu Bakr əl Axzuri hesab edir ki, vəziyyətdən çıxmaq üçün ziyarətdən imtina etmək olar. Nazirin fikrincə, zəvvarlıqdan imtina etmək Tunis cəmiyyətində dini ehkamlara zidd deyil. O qeyd edib ki, artıq kiçik Həccin (ümrə) keçirilməsi dayandırılıb. 
Xatırladaq ki, ümrə Həcc ziyarətinin rəsmi vaxtından xaric keçirilir. «Əl Kabas» qəzeti qeyd edib ki, ərəb ölkələri bu məsələyə dair məsləhətləşmə aparırlar.
anspress.com


В этом разделе