Gürcüstan Prezidenti Mixail Saakaşvili Vano Merabişvili hökumətinin istefasını qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın dövlət başçısının administrasiyası xəbər yayıb.
Prezidentin sərəncamına görə, Nazirlər Kabineti parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvilinin "Gürcü arzusu" koalisiyasının Konstitusiyaya uyğun olaraq müəyyən edilmiş müddətdə parlamentə təqdim edəcəyi hökumətin yeni tərkibi təyin olunanadək öz səlahiyyətlərinin icrasını davam etdirəcək.
Gələcək Baş nazir Bidzina İvanişvili artıq Kabinetin bir hissəsini (20 nazirdən 13-nü) elan edib. Hökumətin tərkibi İvanişvili tərəfindən Prezidentə təqdim olunacaq. Öz növbəsində, Prezident yeni hökumətin tərkibini oktyabrın 20-dən gec olmamaq şərti ilə parlamentə təqdim edəcək.