Gül və Medvedev regional məsələləri müzakirə edib

Görüşün təfsilatı haqda məlumat verilmir

Türkiyə prezidenti Abdullah Gül və Rusiya dövlət başçısı Dmitri Medvedev Yaroslavl şəhərində görüşüblər. ANS PRESS-in "Cihan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ikitərəfli görüş Qlobal Siyasi Forum çərçivəsində baş tutub.

Görüş zamanı Abdullah Gül və Dmitri Medvedev ikitərəfli siyasi və iqtisadi münasibətlər, eləcə də bir sıra regional və beynəlxalq problemləri müzakirə ediblər. Hələlik görüşdə müzakirə edilən digər məsələlərin təfərrüatları haqda məlumat verilmir.

Xatırladaq ki, görüş öncəsi Türkiyə KİV-i məlumat vermişdi ki, Gül-Medvedev Qarabağ məsələsini də müzakirə edəcəklər.

В этом разделе