BMT missiyasında çalışan Azərbaycan vətəndaşının Somalidə naməlum silahlı şəxslər tərəfindən girov götürülməsi faktı təsdiqlənib.
XezerXeberin melumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, girov götürülən şəxs BMT-nin İnkişaf Proqramının könüllüsü Mirağa Babayevdir.
Səfir daxil olan məlumatlara əsasən, silahlı şəxslərin girovlara qarşı zor tətbiq etmədiklərini, onların özlərini yaxşı hiss etdiklərini deyib: “Hazırda BMT-nin müvafiq qurumları girovların azad edilməsi istiqamətində əməli iş aparırlar. Bununla bağlı bütün əlaqələr işə salınıb”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, artıq Azərbaycan vətəndaşı ilə bağlı insidentin araşdırılması üçün Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə, həmçinin Misirdəki səfirliyimizə XİN rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014