Fransanın XİN rəhbəri "Hizbullah"la görüşüb

Fransanın Xarici İşlər naziri Bernar Kuşner Livanın İslami Müqavimət hərəkatı olan "Hizbullah" partiyasının nümayəndəsi ilə görüşüb
FaktXəbərin dünya mediasına istinadən verdiyi məlumata əsasən, Fransanın Xarici İşlər naziri Bernar Kuşner Livanın İslami Müqavimət hərəkatı olan "Hizbullah" partiyasının nümayəndəsi ilə görüşüb. Fransa XİN-nin rəhbəri "Hizbullah" partiyasından olan parlament üzvü Navafom Musəvi ilə görüşündə yeni dövlətin yaradılması təşəbbüsünü müzakirə edib. Qeyd edək ki, qərbyönlü Livan siyasətçilərinin "Hizbullah"ın gələcək hökumətdə veto hüququnun əlindən alınmasının tərəfdarı olmalarına baxmayaraq, yeni Livan hökumətinin formalaşdırılması həvalə edilən parlament çoxluğunun başçısı Səd əl-Həriri "Hizbullah" partiyasının da yer aldığı kabinet formalaşdırmağa can atır.

Xatırladaq ki, keçən ay xarici syasət üzrə Aİ rəhbəri Xavyer Solana da "Hizbullah" partiyasının nümayəndəsi ilə görüşüb. Bu, Avropa diplomatı və hərbi partiya səviyyəsində ilk rəsmi görüş olub. Bundan əlavə cümə axşamı Britaniya hüquqşünasları da parlamentdə "Hizbullah" blokunun rəhbəri Muhəmməd Raadla görüşüblər. 

www.FaktXeber.com
 


В этом разделе