Fransada sünnilərin lideri şiəliyi qəbul etdi

313news.net-in ABNA-ya istinadən verdiyi məlumata görə, Fransada sünnilərin lideri Şeyx Sanko Muhəmmədi şiəliyi qəbul edib.

Fransa Əhli-sünnə müftisi və dini məsələlər üzrə məsləhətçi olan Şeyx Sanko Muhəmmədi İraqda "Şəhadət Baharı" festivalına gələrək, sonra da Huccətül-İslam Vəlid əl-Bəacla görüşdükdən sonra Əhli-beyt (ə.s) məktəbinə keçərək şiə oldu.

Haqq məzhəbi qəbul edən Şeyx Sanko deyib: "Mən Kərbəla və şiələrin belə olduqlarına inanmırıdm. Kərbəlaya getmək qərarına gəldikdə, ailəm mənə İraqın müharibə vəziyyətində olduğunu bəhanə göstərərək getməyimə qarşı çıxdılar. Amma bütün bunlara baxmayaraq, araşdırma və təhqiqat üçün İraqa getmək qərarına gəldim. Mən Şiəliyi Kərbəlada tanıdım. Bu günə qədər tanımamışam. Mən qaranlıqdan nura doğru getdim və hal-hazırda özümü azad hiss edirəm."

Şeyx Muhəmmədi daha sonra deyib: "Mən hal-hazırda 68 yaşındayam və bu günə qədər Şiəliyi tanımadığım üçün kədərliyəm. Amma artıq Əhli-beyt (ə.s) məktəbinin əsgərlərindən biri olduğum üçün də çox sevincliyəm. Əhli-beyti (ə.s) müsəlmanlardan gizlədirlər, Mən bu günə qədər Mədinəyə səfər etmiş, lakin Əhli-beyti (ə.s) tapa bilməmişdim, ancaq bu gün onları kəşf etdim."

В этом разделе