Bu, ictimai yerlərdə üzü örtən geyim qadağan ediləndən bəri qeydə alınan rəqəmdir
Fransada müsəlman qadınların ictimai yerlərdə niqab və burka kimi üzü örtən geyimləri qadağan edən qanun qəbul edildikdən indiyədək cəmi 6 qadın məsuliyyətə cəlb edilib, yaxud cərimələnib. Halbuki polis ictimai yerlərdə 237 niqab yaxud burka geyinilməsi halını qeydə alıb. Bu barədə Fransanın daxili işlər naziri Klod Qean "Le Mond" qəzetinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, həmin qadınlardan heç biri Fransa vətəndaşının hüquq və vəzifələrinə dair kursları keçməyə göndərilməyib, bu isə qadağanı pozanların cəzalandırılması üçün nəzərdə tutulan bəndlərdən biri idi- "anspress" xəbər verir.
Qeyd edək ki, Fransada müsəlman qadınlara ictimai yerdərdə üzü örtən geyimi qadağan edən qanun ötən ilin aprelində qüvvəyə minmişdi. Qanunun qəbul edilməsi isə fransız cəmiyyətində İslam radikalizminin özünü göstərməsinin qarşısının alınması kimi əsaslandırılmışdı.
Fransada yaşayan müsəlmanlar isə qadağanın vicdan azadlığını məhdudlaşdırdığını və müsəlmanlara qarşı ayrıseçkilik hesab edirlər.