Fransa İrana hərbi müdaxilədən çəkinməyə çağırır
Nikola Sarkozi Yaxın Şərq və onun hüdudlarından kənarda “müharibə və xaos”a gətirəcək hərbi müdaxilədən yayınmaq üçün əlindən gələni etməyə çağırıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, bununla yanaşı, Sarkozi İranı nüvə proqramından imtina etdirmək məqsədilə iqtisadi təzyiqin artırılmasına səsləyib.
Fransa prezidenti Avropa İttifaqını İrana qarşı neft embarqosunu tətbiq edərək bu ölkənin Mərkəzi Bankının xarici hesablarının dondurulmasına çağırıb.
Yanvarın 23-də Avropa İttifaqı İrana qarşı sanksiyaları müzakirə edəcək.
İran embarqo təqdirində neft ixracı üçün mühüm Hörmüz boğazını bağlamaqla hədələyib.
Yanvarın 12-də ABŞ İranla əməkdaşlığa görə 3 beynəlxalq şirkətə qarşı sanksiyalar tətbiq edib.
Ötən həftə ABŞ sanksiyalarını dəstəkləyən Yaponiya İrandan neft idxalından tədricən imtina edəcəyini bildirib.