Fransa Əlcəzair etirafı etdi

Fransa prezidenti Fransua Honland ölkəsinin tarixi səhvi ilə bağlı üzrxahlıq edib.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, «1961-ci il oktyabrın 17» tarixini rəsmən tanıdığın bildirib.

Həmin tarixdə Parisdə Əlcəzairin müstəqilliyini tələb edən nümayişçilərə qarşı Fransa polisi amansız davranmışdı.

Holland yazılı açıqlamasında bildirib: «1961-ci ilə oktyabrın 17-də ölkələrinin müstəqilliyi üçün nümayiş keçirən əlcəzairlilərin qanlı bir şəkildə basdırıldı və öldürüldü. Respublika bu gerçəyi tanıyır. Bundan başqa olaydan 51 sonra bu faciədə həyatını itirən qurbanları sayğı ilə anıram».

Fransız tarixçiləri polisin həmin tarixdə yüzlərlə əlcəzairlinin məhkəməsiz öldürüldüyünü deyirlər.

İndiyə kimi bu olay rəsmi şəkildə danılırdı. Fransa polisi bildirirdi ki, onda yürüşçülər polis müqavimət göstərib və sadəcə 3 nəfər ölüb.

Fransa Senatının da gələn həftə bu məsələyə dair qərar qəbul edəcəyi bildirilib.

В этом разделе