Kuba lideri Fidel Kastro İran prezidenti Mahmud Əhmədinejadın ünvanına ittihamlar səsləndirib.
Milli.Az «Associated Press»ə istinadən xəbər verir ki, Kastro İran liderini antisemitizmdə günahlandırıb. O, xüsusilə Əhmədinejadın Holokostu inkar etməsini düzgün saymır.