Fələstini dövlət kimi tanımırıq və tanımayacayıq-ABŞ

Obama Administrasiyası Fələstinin müstəqilliyinə veto qoyacağını bildirdi

Əgər BMT-də Fələstinin tanınması üçün səsvermə keçirilsə, ABŞ rədd cavabı verəcək və veto qoyacaq. 313news.net-in məlumatına görə, bu barədə Birləşmiş Ştatların dövlət katibinin sözcüsü Viktoriya Nuland bildirib. O deyib ki, ölkəsi BMT təhlükəsizlik şurasında keçirələcək səsvermədə Fələstinin müstəqilliyinə veto qoyacaq.

Nuland bildirib ki, Fələstin səhv addım atır. Müstəqil dövlət kimi tanınmaq üçün İsraillə razılığa gəlinməlidir.

Qeyd edək ki, rəsmi Vaşinqtonun Fələstinin müstəqilliyinə qarşı olması məlum olsa da, belə qəti mövqe hələ qoyulmamışdı.

В этом разделе