ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlər müxtəlif yollarla səs toplamağa çalışırlar.
İslamazeri.az İnternet Qəzetinin "Telegraph"-a istinadən verdiyi xəbərə görə, ötən gün Virginia ştatının Lexington şəhərində xarici siyasətlə əlaqədar çıxış edən Obamanın rəqibi Mitt Romney, prezident seçiləcəyi təqdirdə Suriyanın müxaliflərini Bəşər Əsəd hakimiyyətinə qarşı silahlandıracağını söyləyib.
Respublikaçı namizəd Mitt Romney, "Əsədin devrilməsi İsrailin regionda rahat nəfəs almasını təmin edəcək. İran, Suriya hakimiyyətinə hər cür yardım etməklə əzabkeş İsrail xalqının gələcəyini sual altına qoyur.
Biz də beynəlxalq ortaqlarımızla birlikdə, Suriya müxaliflərini dəstəkləmək və İslam Respublikasını məğlubiyyətə uğratmaq üçün ən az onlar qədər çalışmalı, əvvəlcə Suriyanı, sonra isə Hizbullahı İsrail və Amerika xalqının mənfətləri naminə susdurmalıyıq. Buna görə də deyirəm ki, mən prezident seçilsəm Suriyanın müxaliflərini silahlandıracağam. Tanrı Amerikanı qorusun." deyib.
Suriya dövlətinin müxaliflərə qarşı tank, vertolyot və döyüş təyyarələriylə əməliyyatlar həyata keçirdiyini deyən Romney, müxaliflərin bu döyüşlərdə ağır silahlara ehtiyac duyduğunu ifadə edib.