İşğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan növbəti dəfə uğursuz bəyanat verib
Belə ki, o, jurnalistlərin növbəti muharibənin başlamaq ehtimalı bağlı verdikləri suala cavab verərkən belə deyib: "Muharibənin başlama ehtimalı "sıfırdır" demək olmaz. Mən xalqımızla bərabər buna hazıram. Hər nə qədər Azərbaycanın buna doğru getdiyi yönündə fikirlər mövcud olsa da, mən onların hərbi yola əl atacaqlarına inanmıram".
Azərbaycan tərəfinin "C-300" müdafiə sistemləri alması ilə bağlı suala isə belə cavab verib: "Bizim məlumatımızlarımıza əsasən Azərbaycan bu sistemləri alacaq. Amma bu sistemlərin bir neçə dəfə güclüsü bizdə var. Biz bu sistemlərin necə işlədiyini bilirik və bu problemi həll etməyə qadirik".
Maraqlıdır ki, erməni nazir hansı "güclü" silahlardan danışır? Məgər o ya da erməni xalqı Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət xərclərindən (!) çox olduğunu bilmir? Ya səfalət içində olan və Azərbaycan tərəfinə keçməkdə davam eliyəm ordusunun nəyə "qadir" olduğundan xəbərsizdi. Aydındır ki, bunları o özü, həmçinin ölkə ictimaiyyəti də bilir. Həmçinin bu da məlumdur ki, bu bəyanat daxilə hesablanıb. Onda ağla ancaq bir nəticə gəlir: Cənab Ohanyan erməni xalqını axmaq yerinə qoyub!