Ermənistan və Polşa birgə hərbi saziş imzaladılar

Saziş Ermənistan Milli Təhlükəsizlik Şurasının katibinin Polşaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Bu gün Polşanın "Lyubova" şirkəti və Ermənistan Müdafiə Nazirliyinin "Çarensavanski" maşınqayırma zavodu Ermənistan-Polşa birgə müəssisəsinin yaradılmasına dair saziş imzalayıblar. Bu barədə Trend çərşənbə günü "Mediamaks"a istinadən məlumat verir.

Saziş Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın Polşaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Baqdasaryan, həmçinin iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Polşa hökumətlərarası komissiyasının Poşa tərəfindən həmsədri Tomaş Tomçikeviçlə görüşüb. Görüş zamanı tərəflər aprelin 23-26-da Yerevanda keçiriləcək hökumətlərarası komissiyanın üçüncü iclasının vacibliyini xüsusilə qeyd ediblər.

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozie ilə görüşdə tərəflər, həmçinin hərbi sənaye sahəsində gələcəkdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

В этом разделе