Rusiyanın Ermənistana təhlükəsizlik qarantı verməsindən sonra separatçılar növbəti qorxuya düşüblər
Məlum olduğu kimi bir neçə gün əvvəl Rusiya prezidenti Dimitri Medvedevin Ermənistana səfəri baş tutdu. Səfər çərçivəsində hərbi memarandum imzalandı. Rusiya Ermənistanın müdafiəsini də öz üzərinə götürdü.
313news erməni mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Medvedev "Rusiya Azərbaycanın Dağlıq Qarabağ xalqının təhlükəsizliyini hədələsə nə edər" sualına "Belə olan vəziyyətdə Rusiya Ermənistanı müdafiə edər, amma bunu Dağlıq Qarabağ haqqında demək mümkün deyil" şəklində cavab verib. Erməni millət vəkili Stepan Səfəryan da bunun şərhin separatçı rejimin gələcəyinin sual altında olduğunu bildirib. Onun kimi ölkənin digər polotoqları bu rejimin nə ilə üzləşəcəyinin məlum olduğunu deyiblər.
Görünən isə budur ki, ermənilər Rusiyanın indi də rəsmi olaraq separatçı Dağlıq Qarabağ rejiminə himayədarlıq etməsini istəyirlər.