Ermənistanda yaşayanların sayı 2 milyon nəfərdən də azdır
Ermənilər ölkələrini kütləvi şəkildə tərk edirlər. Rəsmi statistikada Ermənistanda yaşayan faktiki əhalinin sayı 3 milyon göstərilsə də bu rəqəmin əslində 2 milyondan az olduğu məlum olub. Belə məlumatla Ermənistanın “Qraparak” qəzeti çıxış edib. Qəzetin belə iddia ilə çıxış etməsinə Avropa ölkələrindən birinin Ermənistandakı səfiri səbəb olub-ANS PRESS xəbər verir.
Qəzetin məlumatına görə, adı çəkilməyən həmin səfir bir neçə gün əvvəl içərilərində erməniəsilli şəxslərin də olduğu öz ölkəsinin vətəndaşları ilə görüşüb. Söhbət əsanasında vətəndaşlar diplomatdan Ermənistandakı hazırki vəziyyətlə maraqlanıblar.
Həmin vətəndaşları xüsusilə Ermənistanda miqrasiyanın göstəricilərinin həqiqətə uyğun olub-olması maraqlandırıb. Diplomat isə rəsmi statistikada göstərilənlərin əksinə olaraq Ermənistanda 2 milyon nəfərdən də az əhalinin yaşadığını nəzərə çatdırıb.
Belə görünür ki, Ermənistandakı dözülməz vəziyyət erməniləri bu ölkədən çıxaraq başqa dövlətlərdə məskunlaşmağa məcbur edir. Belə getsə, bir neçə ildən sonra Ermənistanda bir ovuc rəhbər vəzifəli şəxslərdən başqa yaşayan tapılmayacaq.