“Erməni soyqırımı”nı 116 konqresmen dəstəkləyib

Qondarma “erməni soyqırımı”nı tanıyan konqresmenlərin sayı artır.

Lent.az-ın “PanARMENIAN.Net” saytına istinadən verdiyi məlumata görə, artıq 116 konqresmen “erməni soyqırımı” ilə bağlı 252-ci qətnaməni dəstəkləyib. 

Amerika Erməni Milli Konqresindən (ANCA) bildiriblər ki, konqresmenlər öz çıxışlarında 252-ci qətnamənin qəbulunun vacibliyini vurğulayıblar. Onların iddiasına görə, “erməni soyqırımı”nın tanınmasının gələcək faciələrin qarşısının alınmasına kömək edə bilər. 

LENT.AZ


В этом разделе