Ərəb ölkələri YUNESKO-ya əlavə maliyyə yardımı ayırmağı planlaşdırır

Ötən gün YUNESKO-ya Fələstinin tam üzv kimi seçilməsinə etiraz olaraq ABŞ bu təşkilata maliyyə yardımları ayırmaqdan imtina edib

ABŞ-ın maliyyə yardımını dayandırması təşkilatın büdcəsinə böyük zərbə vurmayacağını demək sadəlövlük olardı. Çünki ABŞ YUNESKO-nun büdcəsinin 22 faizini maliyyələşdirir.

"Nyu York Times"qəzeti yazır ki, ABŞ hələ çox-çox əvvəl YUNESKO-dan çıxıb. Belə ki, ABŞ 1984-cü ildə YUNESKO-nu Qərb və İsrail əleyhinə addımlar atmaqda ittiham edərək, 19 il bu təşkilatdan imtina edib. Lakin 2003-cü ildə yenidən bu təşkilata üzv olub.

ABŞ-ın maliyyə yardımlarını dayandırmasından sonra, YUNESKO-da baş verə biləcək maliyyə böhranının qarşısını almaq üçün isə ərəb ölkələri qollarını çırmalayıblar. Verilən məlumata görə, ərəb ölkələri arasında təşkilata əlavə maliyyə dəstəyinin ayrılması barədə müzakirələr gedir. Amma hələlik hər hansısa bir ölkə təşkilata əlavə yardım ayırmaq barədə qərar verməyib.

В этом разделе