Rəcəb Tayyib Ərdoğanın ilk hədəfi prezident, son hədəfi isə padşah olmaqdır”.
Bu iddia ilə Nəcməddin Ərbakanın sədr olduğu və siyasi səbəblərlə fəaliyyəti dayandırılan “Refah” partiyasının keçmiş üzvü olan kürd yazıçı Altan Tan çıxış edib. “Rewşenbîrên Kurd” (Kürd Ziyalılar) təşkilatının İstanbul Taksim meydanında keçirdiyi tədbirdə çıxış edən Tan baş nazir Ərdoğanı tənqid edib. “Ərdoğan bizə “müddəti olmayan bank çeki” yazır. Demokratikləşmə və kürd probleminin həllini həmişə təxirə salır. Əvvəl referendumdan sonra demişdi, indi isə 2011-ci il seçkilərindən sonranı işarə edir” yazır azxeber.com.
Altan Tan çıxışında kürd dilinin də assimilyasiya təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib. “Kürdlərin yarısından çoxu kürd dilini bilmir. Xüsusilə də yeniyetmələr və Qərb ölkələrində yaşayanlar”.
Tan hesab edir ki, kürd dili bilənlərin sayı tamam azaldıqdan sonra dövlət bunu təhlükəsiz olduğunu güman edəcək və bu dildə təhsilə izn verəcək. “Bunun üçün 15-20 il vaxt lazımdır”.