İsrailin xüsusi kəşfiyyat xidməti Mossadın “müsəlman terrorçu” kimi qəbul etdiyi Ərdoğana qarşı sui-qəsd həyata keçirmək planıdır
Press-az.com saytının verdiyi məlumata görə,Türkiyədə Ərgənəkon terror qruplaşmasının törətdiyi cinayətlərlə bağlı davam edən məhkəmənin gedişində oxunan ikinci iddiamənin mətni mətbuatda dərc olunub.
Mətndə nəzəri cəlb edən nüanslardan biri də İsrailin xüsusi kəşfiyyat xidməti Mossadın “müsəlman terrorçu” kimi qəbul etdiyi Ərdoğana qarşı sui-qəsd həyata keçirmək planıdır. İddianaməyə görə, İsrail tərəfi bunun üçün Türkiyədəki Doğu bəydən müsbət cavab gözləyirdi.
Mossadın rəhbəri Meyr Daqanın 2004-cü ildə “İslam terroru ilə mübarizə aparılacaqdır” açıqlaması ilə üst-üstə düşən məlumatlar arasında “İslam terrorçusu” kimi xarakterizə edilən R.T.Ərdoğana qarşı sui-qəsd törətmək üçün 10 nəfərdən ibarət xüsusi bir qrupun hazır olduğu və Türkiyədəki “Doğu Bəydən” sui-qəsd üçün cavab gözlədiyi bildirilir.
“Biz Doğu bəyi dəstəkləyir və hazırda “İslam terrorçusu” olan R.T.Ərdoğanın hakimiyyətdən salınması və iqtidara Doğu bəyin gəlməsi üçün bütün gücümüzü səfərbər edəcəyik. Ərdoğanı öldürmək üçün Mossadın rəhbəri Meyd Daqan Doğu bəylə görüşmüşdü” – deyə israilli jurnalistin Türkiyədə Mehmed Eymür adlı şəxsə göndərdiyi elektron məktubda qeyd olunub.
Sözügedən məktubda Meyr Daqanın sui-qəsd aktının həyata keçirilməsi üçün Doğu bəydən xəbər gözlədiyi və 10 nəfərdən ibarət xüsusi qrupun hazır vəziyyətə gətirildiyi barədə məlumatlar da yer alıb.
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014